Neftin qiyməti ucuzlaşıb

22 Yanvar 2011 21:39 (UTC+04:00)
Neftin qiyməti ucuzlaşıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində yüngül Amerika nefti olan Light Sweet Crude Oil markalı neftin ixracına dair mart fyuçerinin dəyər 0.48 dollar aşağı düşərək bir barelə görə 89.11 dollar təşkil edib.

İCE London qitələrarası birjasında Brent markalı neftin ixracına dair mart fyuçerinin qiyməti isə 1.02 dollar bahalaşaraq bir barelə görə 97.60 dollar təşkil edib.