Bu gün Gürcüstan prezidenti Ermənistana rəsmi səfər edəcək
22 Yanvar 2011 21:23 (UTC+04:00)
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Ermənistana rəsmi səfər edəcək. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili və Ermənistan prezidenti Serj Sarkisyan üz-üzə bir sıra məsələləri müzakirə edəcəklər. Bundan sonra isə iki ölkə nümayəndələrinin geniş tərkibli görüşü keçiriləcək.