Professor Nizami Xudiyev barədə bildiklərim MƏQALƏ

28 Mart 2019 14:30 (UTC+04:00)

Filologiya üzrə elmlər doktoru, professor əməkdar elm xadimi, “Qızıl qələm mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü professor nizami Manaf oğlu Xudiyev nümunəvi həyat, yaradıcılıq yolu keçmiş bənzərsiz şəxsiyyət, geniş dünya görüşlü ziyalı, zəngin bilikli, yüksək talantlı dilçi alimdir. 60-dan çox kitabın, 400-dən artıq məqalənin müəllifi olan bu görkəmli filoloq dilçi, həm də Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Yəni onun elmi fəaliyyət dairəsi çox genişdir.

Mən Nizami müəllimi 1972-ci ildən tanıyıram, onun gözümün önündə əməyi, istedadı, çalışqanlığı, bacarığı ilə pilə-pilə yüksəldiyinin canlı şahidiyəm. Nizami müəllim çox gənckən - 22 yaşından Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsində dərs deməyə başlamış orada müəllim, baş müəllim dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor, 1994-1996-cı illərdə həmin qocaman ali təhsil ocağının rektoru vəzifələrində işləmiş, 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin sədri, 2005-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə heyətinin üzvü Nizami Xudiyev birinci, ikinci və üçüncü çağrış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Professor N.M. Xudityevin böyük zəhmətin, gərgin axtarışlarının parlaq nümunəsi sayılan həyat yolu müdrükcəsinə deyilmiş və şifahi, yazılı nitqimizdə sabitləşmiş vəzifə insan yox, insan vəzifəni şöhrətləndirər deyiminin danılmaz həqiqət olduğunu təsdiqləyir.

O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyəndə rəhbərə məxsus ən müsbət keyfiyyətlərin daşıyıcısı olduğunu sübut etmi., humanistliyi, xeyirxahlığı, yüksək təşkilatçılıq bacarığı ilə cox saylı professor, müəllim heyətinin, inzibati təsərrüfat işçilərinin və tələbə kollektivinin yaddaşlarında silinməyən izlər buraxmış, onların dərin hörmətini qazanmışdır. Həmin illərdə Nizami müəllimin rəhbərlik etdiyi ali məktəbdə oxuyan, çalışan insanların hər birinə səmimi, qayğıkeş münasibətindən, hamıya köməklik göstərməsindən danışılardı.

Prof. N.Xudiyevin dünyaya, həyat həqiqətlərinə baxışları ilə elmlə bağlı düşüncələri arasında bir ümumilik, hormoniya oxşarlıq vardır. Bu ümumi oxşar cəhətlər onun varlığa gerçək faktlara hadisələrə obyektiv, düzgün münasibətlərini elmi yaradıcılığında ləyaqətlə qoruyub saxlaya bilməsidir. Ona görə də haqqında söhbət açdığımızdilçi alim öz möhtəşəm dərsliyinin giriş hissəsində yazdıqlarını oxucuların diqqətinə yönəltməyi lazım bilirik: “Guman edirik ki, Azərbaycan ədəbi dil tarixinin sistemli şərhinə həsr olunmuş bu əsər mütəxəssislərin diqqətini cəlb edəcəkdir. Müəllif ən müxtəlif məsələlərlə bağlı olaraq oxucuların fikir və mülahizələrini eşitməyə həmişə hazırdı və inanırıq ki, həmin fikirlər, mülahizələr müəllifin gələcək tədqiqatları və bu kitabin təkmilləşməsi üçün faydalı olacaqdır.(s.7)

Prof. Nizami Xudiyevin ədəbi dil tarixinə dair ümumi dilçilik səviyyəsində yazdığı Budərslik ədəbi dillərin tarixinə həsr olunmuş dərsliklər sırasında ən möhtəşəmi,mükəmməli və müasir ümumi nəzəri dilçiliyin tələbələrinə yetərincə cavab verənidir fikrini soyləsək heç də yanılmarıq. Əməkdar elm xadimi istedadlı, zəhmətsevər filoloq alim, professor Nizami Xudiyev çox məsuliyyətli və böyük zəhmət tələb edən məsələlərin linqivistik həllinə girişmiş, zəngin canlı dil faktlarına söykənərək nəzəri ümumləşdirmələr aparmış, Azərbaycan ədəbi dilinin tarixini ümumtürk kontekstində araşdırmışdır.

Onun Azərbaycan ədəbi dil tarixini öyrənmək sahəsində zəngin təcrübəsi öz bəhrəsini vermişdir. Buna görədə müəllifin yeni çap olunmuş “Azərbaycan ədəbi dil tarixi” dərsliyi (Ali məktəblər üçün dərslik, “Bakı, “Elm və təhsil”,2018, 632 səh) Ədəbi dilimizin tarixi sahəsində üçüncü tarixi mərhələyə aid elmi yaradıcılıq nümunəsidir. Özü də Azərbaycan ədəbi dili tarixinin ümumtürk tarixində öyrənən əsərlər silsiləsində ən yenisidir. Nizami Xudiyevin kitabı filoloji məzmunlu əsərdir. Həmin əsər təkcə dilçilik məsələləri ilə qapanıb qalmır. Belə ki, bu yaradıcılıq nümunəsi filoloji əsərlər fizoloji və tarixi-coğrafi məzmunludur. Ədəbi dilin tarixini belə obyektiv və düzgün yönümdə araşdırmaq, uğurlu elmi nəticələr əldə edə bilmək filoloq alimdən ensiklopedik bilik tələb edir. Çünki ədəbi dil tarixinin tədqiqat obyekti və predmeti mürəkkəb və çoxşaxəlidir. Hər şeydən öncə, fundamental yüksək elmi –metodik tələblərə hərtərəfli cavab verən dərlik, yaxud elmi-tədqiqat əsəri (monaqrafiya) yazmaqdan ötrü dilçiliyin bütün sahələrini şöbələrini dərindən, geniş bilmək lazımdır. Prof. N. Xudiyev elmi yaradıcılığının şah damarı sayılan və möhtəşəm əsərində Azərbaycan ədəbi dilinin tarixi müxtəlif dövrlər, mərhələlər üzrə araşdırılmışdır.

Belə ki, həmin kitabda Azərbaycan ədəbi dilinin tarixinin müxtəlif dövrlər, mərhələlər üzrə tədqiq edildiyini görürük. Araşdırmanın belə məqsədəuyğun yönümdəaparılması müəllifdən böyük zəhmət gərgin axtarışlar tələb edir. Burada ədəbi dilin təşəkkül dövrü, ədəbi dilin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü, XIX əsrdə ədəbi dil, XXəsrin əvvəllərində XX əsrin 20-30 cu illərindən sonrakı ədəbi dil və sairə ciddi problematik məsələlərin tədqiqi, təhlili verilmiş, onlara yaradıcılıq münasibəti bildirmişdir.

Prof. N.Xudiyevin Azərbaycan ədəbi dilinin tarixini belə bir düzgün yönümdə tədqiq etməsi onun məsələyə cox ciddi yaradıcılığını sübut edir. Tədqiqatçı Azərbaycan ədəbi dilinin təşəkkülündən danışarkən olduqca sayıqlıq, məsuliyyət tələb edən məsələlərə toxunmuş, bir sira dil xarici faktorlarınədəbi dilimizə də təsir göstərdiyindən söhbət açmışdır. Dil xarici faktorlar dedikdə, Azərbaycanda islam dininin qəbulu, etnik təfəkkürdə, dünyagörüşün normativliyində baş verən dəyişikliklər nəzərdə tutulmuş, bunların ədəbi dilin təşəkkülü ilə eyni dövrə düşdüyü üçün ondan təsirsiz ötüşmədiyi diqqətə yönəldilmişdir.

Əsər həm dərsliyin, həm monaqrafiyanın müasir tələblərinə yetərincə cavab verdiyi üçün “dərslik-monaqrafiya” da adlandırıla bilər. N.Xudiyevin bu möhtəşəm kitabı mahiyyətcə filoloji əsərdir. Çünki müəllif şifahi və yazılı ədəbi qaynaqlara daha çox söykənmiş, “Kitabi-Dədə Qorqud”, “Dastani-Əhməd Harami”, İ.Nəsimi, Ş.Xətai, M.P.Vaqif, M.F.Axundov, Q. Zakirlə bağlı məlumatlar vermiş, onların yaradıcılıq nümunələrini düzgün mövqedən dəyərləndirə bilmiş və öz möhtəşəm dərsliyinə daxil etmişdir. İstər məzmun, istərsədə formaca türk, rus, ingilis fransız və s. dilçiliklərdə ədəbi dillərin tarixinə dair yazılmış dərsliklər sırasında prof. N.Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” dərsliyinin xüsusi yeri vardır. Onun bu kitabını dünya dilçiliyində ən aparıcı, önəmli yer tutan, yüksək elmi-metodik səviyyədə yazılan, tutarlı nəzəri ümumiləşdirmələrlə zəngin olan dərsliklərdən biri adlandıra bilərik. Bu filoloji məzmunlu, tarixi-cağrafi faktlarla zəngin dərslik dünyanın geniş yayılmış dillərindən bir neçəsinə tərcümə edilsə, müəllifinə eləcədə Azərbaycan dilçiliyinə böyük şöhrət qazandıra bilər.
Prof. N.Xudiyevin çap olmuş əsərləri yetərincədir. Bir məqalədə onların hamsından danışmaq, təhlillərini vermək çətindir. Türksoylu xalqların yaşadıqları yerlərdə, daha doğrusu, türk dünyasında prof. N.Xudiyevin öz xalqını tükənməz məhəbbətlə sevdiyini, ona yorulmadan sədaqətlə xidmət göstərdiyini, həmçinin Azərbaycanda istiqlalçı təfəkkürün formalaşması, inkişaf etməsi azərbaycançılıq ideologiyasının yayılması uğrunda çalışdığını yaxşı bilirlər. Buna görə də ona böyük hörmət bəslənilir.

Prof. N.M.Xudiyevin Azərbaycan ədəbi dili tarixi kitabı zəngin qaynaqlara söykənilərək ədəbi dilimizin çoxəsirlik tarixi və özəl inkişaf dövrləri (qədim dövrlərdən XIII əsrə qədər, Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı XIII əsrdən XVII əsrə qədər, həmçinin Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşması və inkişafı dövrüXVII əsrdən bu günə qədər) üç mühüm dövrün birləşməsini özündə əks etdirir. Əsərdə tarixilik prinsipinə ciddi əməl edilmişdir. Azərbaycan ədəbi dil tarixi araşdırılarkən prof. Ə.Dəmirçizadənin araşdırmaları daha çox diqqəti çəkdiyindən həmin mərhələyə Ə. Dəmirçizadə mərhələsi deyilmişdir. Bu zaman Azərbaycan ədəbi dili tarixinin öyrənilməsi üçün ən mühüm qaynaqlar “Kitabi-Dədə Qorqud”, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif adları ilə bağlı olmuşdur. Prof. N.M.Xudiyev irihəcimli bu kitabında hər bir mərhələyə ciddi elmi münasibətlərini bildirmiş, onların tarixi-linqivistik xüsusiyyətlərinin təhlilini vermişdir. Ona görə də giriş əsərin məzmun və forma zənginliyini, rəngarəngliyini özündə dolğun əks etdirir və dərslik barədə düzgün elmi təsəvvür formalaşdıra bilir.

“Dərslik-monaqrafiya”da digər üslublardan danışılsada aparicı üslub bədii üslubdur. Bədii üslub bir başa bədii ədəbiyyatla bağlıdır. Bu kitab prof. N.Xudiyevin dilçiliklə yanaşı ədəbiyyatşünaslığın incəliklərini dərindən, həm də mükəmməl şəkildə bilən ədəbiyyatşünas olduğunu göstərir. O, yaradıcılıq üfüqlərinin genişliyi, fəaliyyətinin çoxşaxəliyi ilə seçilən amildir. Geniş oxucu kütləsi, elmi və elmi-pedaqoji ictimayyət, filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Nizami Xudiyevi görkəmli alim, pedaqoq və ictimai xadim, təcrübəli təşkilatçı kimi tanıyır. Nizami Xudiyev öz işinə yüksək vətəndaşlıq ləyaqət mövqeyindən yanaşdığı, humanist, geniş dünyagörüşlü şəxsiyyət olduğu üçün çalışdığı bütün vəzifələrdə xalq onu taniyan yüksək vəzifəli şəxsiyyətlərin rəğbət və məhəbbətini qazana bilmişdir.

Nizami müəllimi yaxşı tanıdığına, zəngin bilikli, yüksək istedadlı, bacarıqlı alim olduğunu bildiyinə görə, xalqın ürəyində əbədi yaşamaq hüququ qazanmış Umummillilider, Ulu Öndər ona haqqında kitab yazmağa razılıq vermişdir.

Prof. N.Xudiyev çox ciddi, olduqca məsuliyyətli bir işə cəsarətlə, öz bilik və bacarığına inamla girişmiş “Heydər Əliyev və Azərbaycan dili” adlı möhtəşəm kitabını yaradaraq dahi şəxsiyyətini ehtimadını, doğrultmuş coxsaylı oxucuların böyük hörmətini qazanmışdır.

Prof. N.Xudiyevi Vətənimizdə, qardaş Türkiyədə və İranda, eləcədə dünyanın başqa ölkələrində “Azərbaycan ədəbi dili tarixinin çox görkəmli araşdırıcısı kimi tanıyırlar. Onun həmin adlı kitabı Azərbaycanda və xaricdə bir neçə dəfə çap olunmuşdur. H.Ş.Soytürk Tehranda 1997-ci ildə Ərəb əlifbası ilə çap olunmuş "Azərbaycan ədəbi dili tarixi” əsərini 14 avqust 2002- ci ildə Respublika qəzetində çıxan məqaləsində “İranda ən çox oxunan kitab adlandırmışdır.

Məşhur dilçi AMEA- nın müxbir üzvü əməkdar elm xadimi Ağamusa Axundov yazmışdır:
“Nizami Xudiyev fenomeniartıq sərhədlərimizi aşmışdı. Xarici ölkələrdən Türkiyədə və İrandaonu daha yaxşı tanıyırlar. Kitabda “Azərbaycan dilçiliyiyi İran mətbuatında” adlanan nöbəti bölmə də əslində buna həsr edilib. Təbrizli Həsən Əlizadənin “Nizami Xudiyev İran mətbuatında” adlı məqaləsi və digər 6 məqalədə oxucular Azərbaycan dilçisinin qonşu olkədəki uğurları barədə tam olmasa da, geniş məlumat ala biləcəklər. Tehranda alimin lap bu yaxınlarda “Heydər Əliyev və Azərbaycan dili kitabı da nəfis nəşr olunmuşdur”.

Prof. Nizami Xudiyev Azərbaycan ədəbi dilinin vahid ümumxalq dili əsasında formalaşması ilə bağlı fikirlərini, düşüncələrini elmi əsaslar üzərində ümumləşdirmiş, ədəbi dilimizin vahid ümumxalq dil əsasında formalaşmasının eramizin VII əsrindən IX-X əsrlərə qədərki dövrdə Azərbaycan ictimai və mədəni şəraiti ilə üzvi surətdə bağlılığı haqqda öz müəllimi, böyük Azərbaycan dilçisi Ə.Ə.Dəmirçizadənin fikrinə tərəfdar olduğunu bildirmişdir.

Prof. N.Xudiyev Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı elmi araşdırmalar aparmağı qarşısına məqsəd qoyarkən olduqca çətin, çox məsuliyyətli bir işi yerinə yetirməyə girişmişdir. Elə buna görə də istedadlı və yorulmaz filoloq alim dilimizin tarixinə dair bütün filoloji mənbələri də hərtərəfli öyrənməyə zəruri ehtiyac duymuş, ciddi çətinliklərlə qarşılaşsa da onların öhdəsindən yetərincə gəlməyi bacarmışdır.

Nizami müəllimin Azərbaycan dilçiliyi kafedrasının müdiri olması, tədris prosesini mükəmməl bilməsi xeyli müddətdən bəri dilin bütün struktur elmentlərinin tarixini öyrənən dil tarixi şöbəsinə aid Azərbaycan ədəbi dili tarixi fənnini tədris etməsi, dəyərli elmi-nəzəri müddəalar, maraqlı fikirlər, düşüncələr, informasiyalarla zəngin uğurlu yaradıcılıq axtarışlarının məhsulu statusunu qazanmış möhtəşəm kitabını Azərbaycan ədəbi dilinin tarixinin tədqiqinə dair başqa əsərlərdən ayıran başlıca xarakterik əlamətlərdir. Prof. N.Xudiyevin bu kitabının ən müsbət fərqləndirici əlaməti, möhtəşəmliyi həm müasir elmi, metodiki, həm də pedaqoji tələblərə yetərincə cavab verən, sinxronik və diaxronik faktları özündə birləşdirən zəngin dil materialları üzərində güclü məntiqə söykənən nəzəri ümumiləşdirmələrin daxili vəhdətini, birliyini özündə qoruya bilən inandırıcı mənbə olmasındadır. Bu onun məzmun və formaca bir-birini tamamlayan əsərinin əsas linqivistik özəlliyidir. Azərbaycan ədəbi dilinin tarixinə dair yazılmış dərsliklər monaqrafiyalar içərisində prof. N.Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” əsərini ilk mükəmməl və vahid linqivistiksistem səviyyəsində yazılmış monumental yaradıcılıq axtarışlarınıngözəl nümunəsi adlandıra bilərik.

Prof. Nizami Xudiyev ümumi dilçiliyin nəzəri tələblərinə yetərincə uygun gələn bu sanballı araşdırmasının orjinallığının doğruluğunu təsdiq edən, sübut etdirən özəlliklər sırasında adını, soyadını həmişə hörmətlə xatırladığı müəllimi, ilk gənclik illərindən çalışdığı Azərbaycan dilçiliyi kafedrasının sabiq müdiri, görkəmli dilçi alim Ə.Dəmirçizadənin tədqiqinə, öyrənilməsinə ilk cığır açmış Azərbaycan ədəbi dili tarixi sahəsində elmi ənənələrinə sadiq qalması, onu uğurla inkişaf etdirilməsi də durur. Prof. N.M.Xudiyev Azərbaycan ədəbi dilinin tarixini türkologiyaya, ümumi dilçiliyə dair daha dəyərli və geniş qaynaqlara söykənərək araşdırdığı üçün diqqəti çəkən böyük uğurlu elmi nəticələr əldə etməyi bacarmış, ədəbi dilimizin tarixini olduqca dəyərli, maraqlı elmi-nəzəri müddəalarla zənginləşdirə bilmişdir.

Nizami müəllim “Ömürdən səhfələr” (Elm və təhsil”2012, 704 səh)kitabının 146- cı səhfəsində yazılanlar bu baxımdan çox maraqlıdır. “Sonralar onu da aydınlaşdıra bildim ki, görkəmli alim-pedaqoq dilçiliyin ən az toxunulan ədəbi dil sahəsinin geniş tədqiq etmək üçün layiqli elmi kadr axtarışında imiş. “Bəxtim onda gətirmişdir ki, onun ilk rastına çıxanda mən olmuşam” Nizami Xudiyev hələ tələbə olanda dilçilik elminə xüsusi maraq göstərmiş, bu elm sahəsində araşdırıcılıq qabiliyyəti ilə tanınmışdır. Onun dilçilik elminə vurğunluğunu, həmin sahədə biliyi, istedadı ilə başqalarından fərqləndiyini Azərbaycan dilçiliyinin banilərindən sayılan böyük dilçi alim Ə.Dəmirçizadə dilçiliyin elmi incəliklərini böyük həvəslə öyrənməyə çalışan gənc oğlanın gələcəkdə böyük, məhşur dilçi alim olacağını mahir pedaqoq həsaslığı ilə duymuş, elmi qabiliyyətinə dərindən və hərtərəfli bələd olduqdan sonra möhtərəm elmi yığıncaqların birində haqqında ürəyindən gələn dəyərli sözlərini söyləmişdir. Ə.Dəmirçizadə çox uzaqgörənliklə və müdrükcəsinə istedadlı gənc müəllim N.M.Xudiyevi özünün linqivistik ənənəsini sədaqətlə davam və inkişaf etdirəcək görkəmli, məşhur dilçi alimi kimi görür, onun parlaq gələcəyinə böyük ümidlə, inamla baxırdı. Həm də bu canlı tapıntını kəşf etdiyinə görə sevinir, ixtixar hissi keçirirdi.

Görkəmli Azərbaycan dilçisi heç də yanılmamışdır. Nizami müəllim Ə.Dəmirçizadənin ümüdlərini doğrulda bilmiş, onun istəyini yetərincə gerçəkləşdirmişdir.

Nizami müəllim hərtərəfli filoloji elmi keyfiyyətlərin və müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır, elmi maraq dairəsi çox genişdir. O, dil tarixini, xalqa keçib gəldiyi çox mürəkkəb zənginvə sivil inkişaf yolunu dərindən öyrənməkdə, gizli qalmış, açılması xalqa hava su kimi vacib olan sirlərin qaranlıq səhifələrin işıqlanmasında əvəzedilməz dəyəri olan, ən mötəbər, möhtəşəm və inandırıcı tarixi kateqoriya adlandırır. Nizami müəllimin fikrincə, xalqı bu günədək keçdiyi bütün həyat yolunu yazılı nitqdə gerçəkləşdirən, onun keşiyində dayanan, uzaq tarixi keçmişlərlə çağdaş dövrümüzün arasında körpü funksiyasını yerinə yetirən çox qədim zamanlarda yaşamış nəsillərlə indiki nəsilləri bir-biri ilə bağlayan dildir. O, dil faktlarını müxtəlif tarixi dövrlərin, mənbələrin ən parlaq aydın göstəriciləri sayır. Dil xalqın dünyaya baxışlarını, psixologiyasını təşəkkürvə etiqadlarını özündə saxlayan qoruyan ən böyük, ən dəyərli zəngin bir xəzinə adlandırır. Prof. N.M. Xudiyev yüksək elmi-metodik səviyyədə tədris etdiyi Azərbaycan ədəbi dili tarixinə dair mühazirə və seminar dərsləri zamanı həmişə tələbələrdə milli sərvətimiz statusunu qazanmış dilimizə və onu dərindən hərtərəfli öyrənən dilçilik elminə böyük məhəbbət hissi oyatmağa çalışır.

Prof. N.M.Xudiyevin coxillik zəngin təcrübəsi, tədris etdiyi fənni hərtərəfli bilməsi ona mühazirələrində sosial-linqivistik problemlərə daha çox diqqəti yönəltməyə, Azərbaycan dilinin tarixi qaynaqlarını etnolinqivistik keyfiyyətlərini, xalqımızla dilimizin arasındakı hormoniyanın qüdrətini, bunun həmişə yaşayacağını, onların bir-birinin varlığını təmin etdiyini, xalqımıza mübarizə, döyüş, vətənpərvərlik keyfiyyətləri aşılamaqdaAzərbaycan dilinin çox önəmli rol oynadığını tutarlı inandırıcı faktlarla şərh etməyə geniş imkanlar verir.

Talantlı dilçi alim, prof. N.Xudiyevi müsbət mənəvi-əxlaqi keyfiyyətlərin, hərtərəfli filoloji biliklərin ləyaqətli daşıyıcısı olan talantlı dilçi alim, professor Nizami Mənaf oğlu Xudiyevə həyatda can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür, həmişə gənclik həvəsi,etirası yazıb-yaratmaq, elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzulayırıq.

Yusif Yusifov,

Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti