Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında iştirak etmək üçün yeni nəsil şəxsiyyət vəsiqələri ilə “Şəxsi kabinet” yaratmaq istəyərkən yaranan anlaşmazlıqlara aydınlıq gətirib. DİM-nin mətbuat xidmətini rəhbəri Xanlar Xanlarov SİA-ya açıqlamasında bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə “Şəxsi kabinet” yaradarkən abituriyentlər təlimatları düzgün oxumalıdırlar: “Belə ki, “Şəxsi kabinet” yaradarkən yeni nəsil şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər seriya bölməsini boş saxlamalı, nömrə yerinə isə vəsiqənin nömrəsini (AA0186454) qeyd etməlidirlər. Bəzən abituriyentlər yeni vəsiqələrini əldə edən kimi üzərindən zaman keçməmiş onu sistemə daxil edir və vəsiqə ilə bağlı məlumatların tapılmaması ilə əlaqədar yazı ilə qarşılaşırlar. O zaman abituriyentlər bir neçə saat və ya bir gün gözləməlidirlər ki, vəsiqə sistemə daxil edilsin”.
Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələrə ayrılaraq aprelin 7, 14, 21 tarixlərində keçiriləcək.
S/s |
İmtahan keçiriləcək bölgələr |
Buraxılış imtahanlarının keçirilmə tarixləri |
||
Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ) |
Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə |
||
1 |
Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, |
03 mart 2019 |
02 iyun 2019 |
07 aprel 2019 |
2 |
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, |
10 mart 2019 |
09 iyun 2019 |
14 aprel 2019 |
3 |
Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, |
17 mart 2019 |
16 iyun 2019 |
21 aprel 2019 |
Qeyd 1: Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.
Qeyd 2: C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.
Qeyd 3: Tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.