Afətdən Brillianta: "Getsin xarabasında otursun" VİDEO

26 Mart 2019 16:34 (UTC+04:00)

Müğənni Afət Fərmanqızı xalq artisti Brilliant Dadaşovanın ünvanına təhqirlər səsləndirib. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində video paylaşaraq bu sözləri deyib: "Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm.

Kimliyindən asılı olmayaraq, xalq artistidir hər kimdir. Getsin hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun".