Türkiyə Mozambikə humanitar yardım göndərib

24 Mart 2019 21:21 (UTC+04:00)

Türkiyənin Qızıl Ay Cəmiyyəti Mozambikdə təbii fəlakətdən zərər çəkən insanlara humanitar yardım göndərib. Anadolu agentliyinin yaydığı xəbərə görə, yük təyyarəsi ilə aparılan yardım 600 ailə üçün nəzərdə tutulan fövqəladə vəziyyət paketlərindən ibarətdir.

Bildirilir ki, “Idai” tropik qasırğası nəticəsində Afrikanın cənub-şərqində 600 min insan evini tərk etmək məcburiyyətində qalıb. Mozambikdə ölənlərin sayı 417-ni ötüb. Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.