NATO Əfqanıstanı bombaladı, 14 nəfər öldü

24 Mart 2019 21:03 (UTC+04:00)

Əfqanıstan və NATO qüvvələrinin ölkənin Qunduz bölgəsində həyata keçirdiyi hücum nəticəsində 14 mülki vətəndaş ölüb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Qunduzun şura sədrinin müavini Səfiullah Əmiri deyib. O bildirib ki, Əfqanıstan və NATO qüvvələrinin Talibana qarşı hava hücumu zamanı çox saytda terrorçu öldürülüb. Həmçinin hücumda 14 mülki vətəndaş ölüb, 2-si isə yaralanıb.

Hadisə şahidləri isə hava hücumunun mülki vətəndaşların yerləşdiyi yerlərə təşkil edildiyini bildirib.