Elməddin məşhur türk verilişində VİDEO

24 Mart 2019 09:14 (UTC+04:00)

Aktyor Elməddin Cəfərov Türkiyədə çəkildiyi "Çat kapı aşk" filminin tanıtımı çərçivəsində TV8-də "Eser Yenenler Show"da qonaq olub. SİA-nın məlumatına görə, birlikdə rol aldığı Müge Boz və Jess Molho ilə verilişə qatılan sənətçimiz zarafatları ilə tamaşaçıları güldürüb.

Onun 29 verilişin aparıcısı Eser Yenenlerlə türkcə və azərbaycanca olan sözləri müqayisə etməsi maraqla qarşılanıb. Proqramda baş verən əyləncəli anları 29 martda Bakı vaxtilə 00:15-də izləyə bilərsiniz.

Qeyd edək ki, "Çat kapı aşk" filmi Azərbaycanda fəaliyyət göstərən "Cinemazadeh" studiyasının istehsalıdır və xaricdə çıxan ilk filmidir. Ekran işinin bir neçə gün öncə Bakıda qala gecəsi keçirilmişdi. Ötən gündən etibarən isə Türkiyədə kinoteatrlarda yayımlanır.