İngiltərə millisində ciddi itki

24 Mart 2019 00:36 (UTC+04:00)

Futbol üzrə İngiltərə millisinin futbolçusu Erik Dayer AÇ-2020-nin seçmə mərhələsində Monteneqro ilə oyunu buraxacaq. Britaniya mətbuatının yazdığına görə, buna səbəb onun Çexiyaya qarşı matçda zədələnməsidir. 17-ci dəqiqədə məcburi əvəzlənən 25 yaşlı yarımmüdafiəçinin növbəti görüşə kimi hazır olmayacağı müəyyənləşib. Qeyd edək ki, Monteneqro - İngiltərə qarşılaşması martın 25-i keçiriləcək.