Seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

23 Mart 2019 11:14 (UTC+04:00)

Ukrayna Mərkəzi Seçki Komissiyası (MKS) prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. SİA-nın verdiyi məlumata görə, müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Ölkədə 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb.