Tokio hava limanında iki təyyarə toqquşub

22 Mart 2019 13:45 (UTC+04:00)

Tokio aeroportunda "Air Japan" aviaşirkətinin "Boeing 767" yük təyyarəsi "FedEx" poçt xidmətinin "McDonnell Douglas MD-11" təyyarəsi ilə toqquşub. SİA-nın məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarənin Şanxaya uçması planlaşdırılırdı. Təyyarələr quyruq hissələri ilə toqquşub.

Toqquşma nəticəsində "Boeing 767"in quyruq hissəsində problem yaranıb, "FedEx" təyyarəsinin isə mühərriklərindən biri zədələnib.