Gəncə şəhərində fəaliyyət göstərən 20-dən artıq çörək sexində yoxlamalar aparılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Məlumata görə aparılan yoxlamalar zamanı 3 müəssisə cərimələnib. Santiar norma və tələblərə cavab verməyən sexlərin rəhbərlərinə xəbərdarlıq edilib.
Məlumatda həmçinin qeyd edilir ki, ötən illərlə müqayisədə bu kimi hallar azalsada, şəhərin kənar ərazilərində fəaliyyət göstərən çörəkbişirmə sexlərində sanitar normaların pozulması ilə bağlı faktlar hələ də qalmaqdadır.