Gəncədə tikinti materialları bazarında yanğın baş verib
22 Yanvar 2011 00:13 (UTC+04:00)
Bu gün səhər saatlarında Gəncə şəhərində tikinti materiallarının satıldığı bazarda yanğın baş verib. Gəncə şəhər Yanğından Mühafizə Xidmətindlən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 100 kv.m sahəsi olan mağazanın bir hissəsi yararsız vəziyyətə düşüb. Alov mağazaya bitişik olan gözətçi otağına da keçib. Yanğının söndürülməsinə 3 maşın cəlb olunub.