Sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 89-a çatdı

19 Mart 2019 12:57 (UTC+04:00)

İndoneziyanın şərqində Papua əyalətində sel və torpaq sürüşməsi nəticəsində baş verən ölənlərin sayı 89 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsinə 159 nəfər zərər çəkib. Bundan öncə 77 nəfərin öldüyü, 116 nəfərin isə yaralandığı deyilirdi.

Son məlumata əsasən, hadisə nəticəsinə 74 nəfər itkin düşüb.

Bununla yanaşı, hazırda yeddi min nəfər evlərini tərk etmək və evakuasiya mərkəzlərində qalmaq məcburiyyətində qalıblar. Daşqın və torpaq sürüşməsi nəticəsində təxminən 350 ev, üç körpü, 8 məktəb, müxtəlif infrastruktur binaları dağılıb.

Hazırda 1,5 mindən çox xilasetmə personalı axtarış və xilasetmə əməliyyatlarını davam etdirir.