140 uşağın 150 əsəri təqdim olunub - SƏRGİ

19 Mart 2019 11:13 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər uşaqlar arasında olan hissəsi 18 mart 2019-cu il başa çatmışdır.

SİA-nın məlumatına görə, sərgini Azərbaycan Dövlət Rəsm qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik etdi və onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd etdi və sərgidə iştirakına görə təşəkkür etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək təbiətin təbriklərini çatdırdılar. Sərgidə bahar təravəti hiss olunan 140 uşaqın 150 əsəri təqdim olunub.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olundu və fəal kollektivlər o cümlədən, 1Nömrəli UGİM, 4 Nömrəli Usaq Incesenet Məktəbi, Art School by Rufane, Bilender tedris mərkəzi, Bileyen Tedris Merkezi, Gunxan art studiya, H . Z. Tağıyev adına Toxucu Tikiş kom, H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, İncilər tədris mərkəzi, KamArt Incəsənət Qalereyası, Lenkeran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Modern tədris mərkəzi, Vector Təhsil və karyera merkəzi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

Sərgidən seçilmiş 10 əsərin müəllifi "Azərbaycanım"Uşaq Rəsm Festivalına dəvət olacaq.

Sərgi Xətai Sənət Mərkəzində keçirildi eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.