Cənubi Koreyada meşə yanğınları başlayıb

18 Mart 2019 09:14 (UTC+04:00)

Cənubi Koreyada meşə yanğınları başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə 80 nəfər və 4 vertolyot cəlb edilib. Hadisə nəticəsində təxminən 30 adamı təxliyə etmək mümkün olub.

Yanğın 0,2 hektar ərazini əhatə edib.

“Xoşbəxtlikdən güclü külək olmayıb və yanğın tez zamanda söndürülüb”,- deyə yanğınsöndürən əməkdaşı açıqlayıb.

Koreya Respublikası Orman Xidməti yanğının dəqiq səbəbini araşdırır.