Çində yaşayış binaları çökdü 7 ölü

16 Mart 2019 17:03 (UTC+04:00)

Çinin Şensi vilayətində torpaq sürüşməsi nəticəsində çökən iki yaşayış binasının dağıntıları altından 7 nəfərin cəsədi çıxarılıb. SİA xəbər verir ki, bədbəxt hadisə Linfen şəhərinin Caolin qəsəbəsində baş verib. Dağıntılar altında qalan 13 nəfərin axtarışları davam edir. Axtarış işlərinə 600 nəfər cəlb olunub.