Kannavaro Çin millisinin yeni baş məşqçisi təyin edilib

16 Mart 2019 13:04 (UTC+04:00)

Marçelo Lippiylə yollarını ayıran Çin millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata isinadən verdiyi məlumata görə, bu vəzifəyə Fabio Kannavaro təyin edilib. 45 yaşlı mütəxəssis milli komanda ilə yanaşı, Çinin "Quançjou Everqrand" klubunu da çalışdırmağa davam edəcək. Lippi isə Kannavaronun məsləhətçisi olacaq.

Qeyd edək ki, Kannavaro Marçelo Lippinin rəhbərliyi altında 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.