Nizami rayonunda yanan evdən 2 nəfərin meyiti tapılıb

16 Mart 2019 12:12 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 kvadratmetr sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.