44 nəfərlik həkim heyəti Türkiyəyə yola düşəcək

21 Yanvar 2011 19:07 (UTC+04:00)
Səhiyyə Nazirliyində bu günlərdə Türkiyəyə yola düşəcək 44 həkim müdavimlə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həkimlərlə keçirilən görüşün əsas məqsədi onlara bəzi inzibati, təşkilatı məsələləri aydınlaşdırmaq və tövsiyələr vermək idi. Onlar Səhiyyə Nazirliyi və Dünya Bankının "Səhiyyə sektorunda islahatlar layihəsi" çərçivəsində ixtisasartırma kurslarına göndəriləcəklər.

Praktiki tibbi bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin müxtəlif tibb mərkəzlərinə göndərilən mütəxəssislər, əsasən 5 pilot rayondan-Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakıdan seçiliblər. 44 nəfərdən ibarət həkim heyəti yanvarın 31-də yola düşəcəklər. Kurslar əsasən 1 aylıq nəzərdə tutulub.