“Qarabağ” “Səbail”i məğlub edib

15 Mart 2019 20:31 (UTC+04:00)

Futbol üzrə Topaz Premyer Liqasının 21-ci turunun növbəti görüşündə “Səbail” və “Qarabağ” komandaları qarşılaşıblar. Bu qarşılaşmada sonuncu çempion “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələrindən Dani Kintana (34) və Riçard Almeyda (77) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Ağabala Ramazanov (42) vurub.

Turun hazırda davam edən sonuncu görüşündə “Neftçi” və “Zirə” komandaları üz-üz gəliblər.