UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.
Qeyd edək ki, Ronaldo 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.