Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilir

13 Mart 2019 15:18 (UTC+04:00)

Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilir. SİA-nın məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) bildirilib.

Sənədin 12.1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.