Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.