Üzütüpürcəklilər

6 Mart 2019 19:27 (UTC+04:00)

Belə bir atalar misalı var: "Allah dəvəyə qanad versəydi, uçmamış dam qoymazdı", Nə yaxşı ki verməyib. Ancaq dəvə bu dağıdıcı müxalif düşərgənin "liderlərin"dən çox ağıllıdır. Dəvə çeynədiyini tüpürmür, elə çeynəyir-çeynəyir, sonda da udur. Ancaq dağıdıcı düşərgənin müxalifət "liderləri" bir sözün qulpundan tutub, elə ucuzluğa gedirlər ki, gedirlər... Çünki özləri də ucuzdurlar. Sonda da xalq üzünə tüpürür. Ancaq bu Ə.Krimli, C.Həsənli, İ.Qəmbər, A.Hacılı və digərləri bu üzlərini silib, o biri üzlərini çevirirlər. Bu üzütüpürcəklilər heç bir şeyi veclərinə almayaraq, həyasızcasına özlərini "siyasətçi" adlandıraraq, deyirlər ki, "siyasətdə" belə də ola bilər. Sözlərinin qarşısında "kim söz deyə bilər?" Ay bədbəxt, siyasət nə olduğunu bilirsən ki? Bir də satılıb-satan olanda, ortaya siyasət yox, "siyasi ət" çıxır. Bu gün həmin satan-satılan kiçik, türkiyəlilərin təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin siyasi ətlərini camaata sırımağa çalışan Ə.Kərimlinin "sülaləsi" olan erməni qulbeçələrinə nökərçilik edən "siyasətçi" sayılır? Lap əsəblərim tarıma çəkildi. Belələrilə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Və Ə.Kərimli kimi, "siyasi ət" kötüklərini məntiq kötüyünün üstünə uzadıb, elə baltalamaq lazımdır ki...

Ancaq Ə.Kərimli kimilər o qədər həyasız məxluqlardır ki, təki qrant alsınlar, min yerə də şaqqalanmağa razıdırlar. Çünki bu, o Ə.Kərimlidir ki, bütün fəaliyyətini, "facebook"da, kompüter qarşısında oturaraq, yersiz çıxışlar etməsi üzərində qurur. Stəkanda fırtına görüntüsünü yaratmağa cəhd etməyə çalışan Ə.Kərimli indi də ölkədə gedən uğurlu sosial islahatlara balta çalmağa. Dəfələlə bu Ə.Kərimli yeri gəlsə, qranta görə, hətta özünü auksiona çıxarmağa belə razı olardı. Təki ölkədə siyasi sabitlik pozulsun. İndi də ölkəmizdə keçiriləcək "Formula-1" ərəfəsi bu ət kötüyü, başlayıb sosial şəbəkələrdə qarayaxmalara. Ancaq xalq-iqtidar birliyi o qədər güclüdür ki, Ə.Kərimli kimi iblislər heç nəyə nail ola bilməyib, bilməyəcək də. Ona görə də, Ə.Kərimli öz günün ağlasın.

İblis cildinə girən Ə.Kərimlinin xəyanət xronologiyasına nəzər saldıqda, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bu yerdə ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq yerinə düşər: "Ə.Kərimli xəyanət yolu tutan ikinci şeytan cildinə girən iblisdir. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Bax, budur Ə.Kərimlinin iblis xisləti və bu iblis xislətli AXCP sədrinin planı. Ancaq çi fayda ki, satqınçılıq və xəyanət yolu tutanların ömrü az olur. Necə ki, satqın, Vətən xaini Fəxrəddin Abbaszadə kimi. Tezliklə sən də cəzanı alacaqsan!

RƏFİQƏ