UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasına hazırlıq kampaniyası çərçivəsində təşkil olunan “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçu Maykl Essien “Səbail” klubunun qonağı olub. SİA-nın məlumatına görə, Essien “Bayıl Arena”da “Səbail”in məşqçi və futbolçu heyəti ilə görüşüb və klubun akademiyasının fəaliyyəti ilə tanış olub.
“Səbail”in forması ulduz futbolçuya hədiyyə olunub. Görüşün sonunda Essien dəvətə görə, təşəkkürünü bildirərək kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.