Nazir Cocuq Mərcanlıda vətəndaşlarla görüşəcək

5 Mart 2019 13:03 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev martın 11–də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, görüşdə Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.