"UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir". SİA-nın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.
AFFA-nın baş katibi qeyd edib ki, bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.