Rusiyanın yeganə Nobel laureatı 89 yaşında ölüb

3 Mart 2019 03:04 (UTC+04:00)

Nobel laureatı, Sovet və Rusiya akademiki Jores Alferov 89 yaşında dünyasını dəyişib. Bu haqda “RİA Novosti” akademikin həyat yoldaşına istinadən məlumat yayıb. Ölüm səbəbi barədə açıqlama verilmir.

Alim 2018-ci ilin noyabr ayında insult diaqnozu ilə xəstəxanaya düşmüşdü. Alferov Rusiya hüdudlarında yaşayan yeganə Nobel laureatı (fizika üzrə) hesab olunurdu. O, 1991-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini tutub. 2000-ci ildə yarımkeçirici texnikalardakı ixtiralarına görə Nobel mükafatı qazanıb.