"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdər artist Tahir İmanov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə iştirak edib. SİA-nın məlumatına görə, Tahir İmanov görüşdən olduqca şad olduğunu bildirib.
O, bu görüşdən qürur duyduğunu deyib: "Prezident bu görüşlə sanki "Planet Parni iz Baku" KVN teatrına ikinci nəfəs verdi. Ölkə başçısına buna görə təşəkkür edirəm. Cənab prezidentə səmimi söhbət etdik. Bildirdik ki, teatrımız bütün qadağalara baxmayaraq, fəaliyyətini davam etdirir və artıq Rusiya kanalları ilə sıx əməkdaşlıq qurmuşuq. Bu məqam ölkə başçısına maraqlı gəldi və qadağa barədə soruşdu. Mən də bildirdim ki, özəl kanallar bizə qadağa qoyub. Prezident dedi ki, heç kim sizə dövlət səviyyəsində qadağa qoya bilməz və məsələ həllini tapmalıdır. Özəl kanallara tövsiyyə olunur ki, bu məsələyə baxsınlar. Teatrımızın fəaliyyətinə bundan yüksək qiymət ola bilməzdi. Ölkə başçısı bir daha qeyd etdi ki, bizim çıxışlarımıza baxır. Bu doğurdan da böyük qiymətdir”.