Lənkəran sakini özünü bıçaqlayıb

28 Fevral 2019 05:02 (UTC+04:00)

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü İlqar Fədail oğlu Hüseynov Viyən kəndində qarın boşluğundan aldığı iki bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının yaxınlarının dediyinə görə, İ.Hüseynov özü-özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.