Futbol üzrə Fransa Kubokunun 1/4 final mərhələsində "Dijon"la keçirilən oyun PSJ-nin qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Belə ki, 41 yaşlı qolkiper karyerasında 600-cü qələbəsini qazanıb. İtaliya millisinin sabiq üzvü karyerası ərzində 1071-ci görüşündə bu uğura çatıb. O, PSJ-nin heyətində keçirdiyi 19 oyunun heç birində məğlubiyyət görməyib.