AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
23 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 48).
23 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 15 N-li futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 200 manat ccərimə olunur (maddə 48).
24 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 48).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunur (maddə 40).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsinin “Qarabağ-2” komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” komandası 80 manat cərimələnir (maddə 53.3).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2” klubunun üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 mana t cərimə olunur (maddə 60).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunur (maddə 55).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Sabah -2” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin ptotokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnir (maddə 55).
23 fevral 2019-cu il tarixdə Region Liqasında keçirilən “Füzuli” – İmişili” oyununda “İmişli” komandasının heyətində 9-N-li oyunçu Elnur Məmmədov qarşılaşmanın 82-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır (maddə 42.3). Görüşün 35-ci dəqiqəsində həmin komandanın baş məşqçisi Süleyman İsayev hakimi təhqir etdiyinə görə, 5 oyun cəzalanır (maddə 42.4).
23 fevral 2019-cu il tarixdə Region Liqasında keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində 7 N-li futbolçu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Həmin komandanın heyətində 11 N-li oyunçu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılır (maddə 42.3).
20 fevral Gənclər Liqasının “Neftçi” – “Keşlə” oyununda “Keşlə” komandasının heyətində 3 N-li futbolçu Aləddin Sadıqov qarşılaşmanın 59-cu dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Bakcell U-17 liqasında keçirilən “Xəzər Lənkəran” – “Neftçi İK İB” oyununda “Xəzər Lənkəran” komandasının 9-N-li futbolçusu Məmməd Abdullayev qarşılaşmanın 78-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırdığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Bakcell U-17 liqasında keçirilən “Səbail” – “Tufan” oyununda “Tufan” komandasının heyətində 11 N-li futbolçu Elgün Rüstəmov qarşılaşmanın 64-cü dəqiqəsində 2-ci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
21 fevral 2019-cu il tarixdə U-16 liqasında keçirilən İsgəndər Cavadov BFA – Gəncə TİM oyununda İsgəndər Cavadov BFA komandasının heyətində 10 N-li futbolçu Qoşqar Babayev qarşılaşmanın 80-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Kapital Bank U-14 Liqasında keçirilən UGİŞM-1 (Sumqayıt) – UGİM (Siyəzən) oyununda UGİM komandasının heyətində 10 nömrəli futbolçu Vüqar İbadov qarşılaşmanın 46-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1). Həmin komandanın heyətində 3 N-li futbolçu Nəbi Qəniyev qarşılaşmanın 51-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq epizodundan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
23 fevral 2019-cu il tarixdə Coca Cola U-13 liqasında keçirilən “Qəbələ” – ROFM Xəzər oyununda Xəzər komandasının heyətində 21 N-li futbolçu Rəşad Musazadə qarşılaşma bitdikdən sonra rəqib oyunçunu vurduğu üçün 2 oyun cəzalanır (maddə 38.6).
23 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın AZMİU – U-19 matçında U-19 komandasının üzvü Nurlan Mehdizadə oyunun 23-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə futzal üzrə İkinci Liqanın Baker Tilliy – Star Karqo oyununda Star Karqonun 84 N-li oyunçusu Anar Məmmədov oyunun 15-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydançadan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).
22 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın “Zəngilan” - “Baku Fans” görüşünün 25-ci dəqiqəsində “Baku Fans” klubunun məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu üçün 1 oyun cəzalanır (maddə 48).
22 fevral 2019-ci il tarixdə futzal üzrə Birinci Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə “Sabunçu” komandası təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56.1).
23 fevral 2019-cu il tarixdə Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşünün 3-cü dəqiqəsində Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyi, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).