66 reys təxirə salındı
24 Fevral 2019 16:57 (UTC+04:00)
İstanbulda axşam saatlarından daha da intensivləşən qarlı hava şəraiti bir sıra nəqliyyat vasitələri ilə yanaşı, aeroportların da işinə çətinliklər yaradıb. Belə ki, güclü qar yağması səbəbindən Atatürk hava limanında 66 reys təxirə salınıb.
SİA xəbər verir ki, hazırda aeroportun uçuşların həyata keçirildiyi ərazisinə buzlanmaya qarşı xüsusi "De-lcing" mayesi püskürdülür.