“Qarabağ” klipi təqdim olundu - TƏDBİR

19 Fevral 2019 13:56 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış müğənni Coşqun Viləşin, sözü və musiqisi bəstəkar Zaur Zeynala aid olan “Qarabağ” adlı klipinin təqdimatı olub. SİA-nın məlumatına görə, klipin rejissoru Vüsal Məmmədov, prodüseri Şahin Yusifovdur. Klip Xocalıda baş verən hadisələr əsasında çəkilib.

Erməni vandallarının əlinə keçiməməsi üçün qızı Ağcanı öldürən Xoca kişi, meşədə körpəsinin ağlama səsindən qız-gəlinlər əsir düşməsin deyə, balasını sinəsinə sıxıb yaylığı ilə ağzını qapayan Müşkünaz ana və körpə Salatın baladan bəhs edilir, hansı ki, öldüyü zənn edilən körpə Salatın dəfn edilməsi üçün yuyulmağa aparıldığı bulaq başında yenidən tərpənməyə və ağlamağa başlayıb. Klipin çəkilişləri, əsasən, Füzuli rayonu ərazisində və Bakı şəhərində aparılıb. Klipdə, həmçinin Əməkdar artist Elçin Həşimov və Milli Dram Teatrının aktrisası Rada Nəsibova da iştirak edib.