"Monako"nun baş məşqçisi Leonardo Jardim bir oyunluq cəzalandırılıb. SİA-nın məlumatına görə, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
Jardim 24-cü tur çərçivəsində "Monpelye" ilə keçirilən matçda (2:2) idmana yaraşmayan davranışları səbəbindən cəzalandırılıb. 44 yaşlı mütəxəssis həftəsonu keçiriləcək "Nant"la matçda texniki zonada yer almayacaq.
Qeyd edək ki, "Monako" - "Nant" matçı fevralın 16-da, saat 23:00-da start götürəcək.