Damla televiziya kanallarında qara siyahıya düşüb?

14 Fevral 2019 17:30 (UTC+04:00)

Deyilənlərə görə, müğənni Damla televiziya kanallarında qara siyahıya düşüb. SİA-nın məlumatına görə, buna səbəb ifaçının uzun müddətdir verilişlərdən kənar gəzməsidir.

Sənətçi haqqında yayılan şaiyələrə son qoyub: "Hər kəs soruşur ki, niyə efirlərdə görünmürəm. Amma bilin ki, sizin qədər mən də darıxmışam. İşlərimin çox olması ilə yanaşı bəzi səbəblərə görə bir müddət proqramlarda işirak etməyə fasilə verdim. Çünki o qədər haqqımda yazıldı, danışıldı ki, nə yalan deyim bir tamaşaçı kimi mən də yoruldum. Sanki Damla adından başqa bir ad yoxmuş kimi bəziləri dayanmadan adımı hallandırdılar. İnsanlarda bir qıcıq yaratdılar. Həm sevənlərimi üzdülər, həm də Damlanı bəyənməyənləri bezdirdilər. Axı nə qədər Damla, Damla, Damla olar?

Onu da xüsusi ilə qeyd edim ki, narahat olmayan heç bir televiziya kanalında qara siyahıda deyiləm.Yaxın günlərdə həm efirdə, həm də konsertlərdə tez-tez görüşəcəyik. Yeniliklərimlə görüşünüzə gələcəm".