65 yaşlı Nisə Qasımovanın ad günündə nələr yaşandı? FOTOLAR+VİDEO

14 Fevral 2019 12:28 (UTC+04:00)

Xalq artisti Nisə Qasımova məkanların birində 65 yaşını qeyd edib. SİA-nın məlumatına görə, gecədə bir çox məşhur simalar iştirak edib.

Sənətçinin doğum gününə xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Cavanşir Məmmədov, Rəşad İlyasov, müğənnilər Şəbnəm Tovuzlu, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva və başqaları gəliblər.

Sənət dostları Qasımovanı təbrik edərək repertuarlarındakı mahnıları ifa ediblər.

N.Qasımovanın ad günündən olan fotoları təqdim edirik: