“Yuventus” rumniyalı qapıçısını icarəyə verib

14 Fevral 2019 02:18 (UTC+04:00)

“Yuventus” qapıçısı Laurentis Braneskunu icarəyə verib. 24 yaşlı qolkiper “Jalqiris”ə keçib. Litva klubunun rəsmi saytı Braneskunun mövsümün sonuna qədər komandada çıxış edəcəyini açıqlayıb. Qeyd edək ki, 2012-ci ildə “Yuventus”a transfer olunan rumniyalı qapıçı indiyədək 5 kluba icarəyə verilib.