Əfqanıstanda qətliamlar davam edir

10 Fevral 2019 12:28 (UTC+04:00)

“Taliban” terror təşkilatı Əfqanıstanda növbəti qanlı hücumunu həyata keçirib. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular ölkənin şimalındakı Sari-Pul vilayətinin Səyyad qəsəbəsində iki polis nəzarət məntəqəsinə hücum ediblər.

Atışma nəticəsində 8 mühafizə polisi öldürülüb, 4-ü isə yaralanıb. Məntəqələr qısa müddətlik terrorçuların əlinə keçsə də, əlavə qüvvələrin hadisə yerinə cəlb olunmasından sonra geri alınıb. Terrorçuların itkiləri barədə məlumat yoxdur.