ABŞ senatoru, demokrat Elizabet Uorren (Massaçusets ştatı) rəsmi olaraq ABŞ-da 2020-ci ildə keçiriləcək prezidenti seçkilərində iştirak üçün namizədliyini irəli sürüb. SİA-nın verdiyi məlumata görə, bunu Uorren Lorens şəhərində mitinq zamanı deyib.
Daha öncə Uorren 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmək uğrunda mübarizə aparmaq niyyətini bildirən ABŞ Demokratik Partiyasının ilk nümayəndəsi olub. O, 2018-ci ilin noyabrında Massaçusets ştatından ikinci altı ilik müddətə senator seçilib. Demokrat 60 faizdən çox səs toplamışdı.