Məşhur milyarderlərin tövsiyyə etdiyi kitablar
10 Fevral 2019 05:03 (UTC+04:00)
Dünyanın ən dəyərli şirkətlərinin CEO-su olmağı bacarmış insanlar günün müəyyən vaxtını kitab oxumağa ayırırlar. Bu yazımızda “Fortune 500” siyahısının ən yuxarı pillələrindəki şirkətlərin milyarder CEO-larının ən sevimli kitablarını araşdırdıq.
1) Microsoft-un təsisçisi və 95 milyard dollardan çox sərvəti olan Bill Qeytsin ən sevimli kitabı Cerom Selincerin yazdığı “Çovdarlıqda uçurumdan qoruyan” kitabıdır.
2) Amazon-nun təsisçisi, CEO-su və 150 milyard dollar sərvəti ilə dünyanın ən varlı şəxsi Cef Bezosun sevimli kitabı Kazuo İşiquronun yazdığı “Günün qalıqları” kitabıdır.
3) Apple-ın CEO-su Tim Kukun sevimli kitabı isə, Corc Stalk-ın “Zamana qarşı yarış” kitabıdır.
4) Facebook-un CEO-su Mark Zukerberqin ən sevdiyi kitablar arasında Daryl Collins tərəfindən qələmə alınan “Yoxsulların Portfelləri” adlı kitab yer alır.
5) SpaceX-ın təsisçisi və Tesla Motors ilə PayPal-ın həmtəsisçilərindən olan Elon Maskın oxumağı ən çox sevdiyi kitab olan “Benjamin Franklin: Amerikan həyatı” Walter Isaacson tərəfindən yazılıb.
6) PepsiCo-nun sabiq CEO-su İndra Nooyi-nin sevimli kitabı isə, David Brooks-un yazdığı “Xarakterə gedən yol” adlı əsərdir.
7) Morgan Stanley CEO-su James Gorman-ın ən sevimli kitabı John le Carre-nin “Misgər, Dərzi, Əsgər, Cəsus” adlı əsərdir.
8) SoulCycle CEO-su Melanie Whelan-nın sevimli əsəri Shawn Achor tərəfindən yazılan “Xoşbəxtliyin Üstünlüyü” kitabıdır.
9) Virgin şirkətlər qrupunun CEO-su Riçard Branson-nun Maya Anjelonun yazdığı “Qəfəsdəki quşun niyə oxuduğunu bilirəm” adlı kitabı favoritləri arasındadır.