Çox siqaret çəkən kişilərin bığları və dırnaqları, qadınlarda isə yalnız dırnaqları sarımtıl rəng alır. Siqaret tərgidilən kimi dırnaqlar normal rəngdə uzanmağa başlayır ki, bu zaman dırnaqlarda xəttə əmələ gəlir. Bundan əlavə diş əti, dil, ağızda rəng dəyişməsi də müşahidə edilir.
"Siqaret çəkən insanlarda vaxtından əvvəl və sürətli qocalma əlamətləri müşahidə edilir. Üzdə olan sümüklərin boz rəng alması səbəbindən üzün rəngi dəyişir. Siqaret tüstüsünün təsiri ilə dərinin nəmliyi azalır, qırışlar əmələ gəlir. Günə işığı dəyən hissələrdə bu əlamətlər özünü daha tez büruzə verir.