Nəsiminin yaradıcılığına aid kitablar hazırlanır

9 Fevral 2019 11:48 (UTC+04:00)

Azərbaycan Bəstəkarlar İttifaqı təşkilatın bütün üzvlərinə görkəmli humanist Nəsiminin poeziyasına müraciət etməklə bağlı çağırış edib. SİA-nın məlumatına görə, bundan başqa, “Nəsimi və musiqi” fundamental əsərinin üzərində iş aparılır.

Kitabın müəllifi fəlsəfə üzrə sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır. Kitabın “Nəsimi poeziyasında musiqi” adlı birinci fəslində Nəsiminin şeirlərində muğamlar və qədim musiqi alətlərindən geniş bəhs edilib. “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi poeziyası” adlanan ikinci fəsil dahi şairin obrazını və yaradıcılığını tərənnüm etmiş bəstəkarlar - Fikrət Əmirov, Cahangir Cahangirov, Azər Rzayev, Firəngiz Əlizadə və başqalarının əsərlərinin təhlilinə həsr olunub.

Bütün layihələrin əsas məqsədi müasir Azərbaycan bəstəkarlarının musiqisi ilə Nəsimi poeziyasının vəhdətinin yubiley ili ərzində Bakının konsert zallarında səslənməsidir.