Premyer Liqada ötən ayının ən yaxşı məşqçisi müəyyənləşib

9 Fevral 2019 11:39 (UTC+04:00)

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, "Mançester Yunayted"in çalışdırıcısı Ole-Qunnar Sulşer ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi "Twitter" səhifəsi xəbər yayıb.

Qeyd edək ki, Sulşerin komandası yanvar ayında 4 oyunun 3-də qələbə qazanıb, 1-də heç-heçə edib.