Beynəlxalq Muğam Mərkəzində Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq. SİA-nın məlumatına görə, tamaşada Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələrinin iştirakı ilə yazıçının “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.
Fevralın 18-də keçiriləcək və rus dilində izləniləcək eyniadlı tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.
Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.