Ümumdünya Meteorologiya Təşkilatı yaxın 5 il ərzində Yer üzündə iqlim dəyişikliyi ilə bağlı məlumatı açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,
Sinoptiklər planetin sürətlə istiləşmə ilə üzləşəcəyini iddia edirlər.
Meteoroloqların fikrincə, 2019-cu ildən 2023-cü ilə qədər dünya miqyasında hava XIX əsrin ikinci yarısına nisbətən 1-1,5 dərəcə isti olacaq.
“Bu qarşılaşmağa məcbur olduğumuz gerçəkdir”, - deyə metroloqlar bildiriblər.
Ümumdünya Meteorologiya Təşkilatı əlavə edib ki, yaxın 5 ildə yer sakinlərinin əsas vəzifələri atmosferə istixana qazı emissiyasının azaldılması və dəyişən iqlim şəraitinə uyğunlaşmaq olmalıdır.