"Qalatasaray" və "Yeni Malatyaspor" qələbə qazanıb

7 Fevral 2019 09:53 (UTC+04:00)

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları davam edir. SİA-nın məlumatına görə, ötən gün ilk oyunlar çərçivəsində daha 2 görüş keçirilib.

"Yeni Malatyaspor" öz meydanında "Göztəpə"dən üstün olub. "Qalatasaray" isə "Hatayspor"a 2 cavabsız qolla qalib gəlib.

Türkiyə kuboku

1/4 final, ilk oyunlar

"Yeni Malatyaspor" - "Göztəpə" 1:0
Qol:
Barış Alıcı, 44

"Qalatasaray" - "Hatayspor" 2:0
Qollar:
Luyindama, 7, Fequli, 90+2