Fatih Terimin atası dünyasını dəyişib

6 Fevral 2019 12:20 (UTC+04:00)

"Qalatasaray”ın baş məşqçisi Fatih Terimin atası dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Adana xəstəxanalarının birində müalicə alan 94 yaşlı Talat Terim bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, F.Terim fevralın 2-də baş tutan "Aytemiz Alanyaspor” - "Qalatasaray” matçının ardından Adanaya gedərək atasını ziyarət etmişdi.