UEFA İcraiyyə Komitəsinin iclası Bakıda olacaq

6 Fevral 2019 12:03 (UTC+04:00)

UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda təşkil olunacaq. SİA-nın məlumatına görə, iclas bu il mayın 29-da baş tutacaq.

Xatırladaq ki, həmin gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.